Həftəsonu vətəndaşlardan qumbara və avtomat götürülüb
Polis əməkdaşları həftəsonu vətəndaşlardan qumbara və avtomat götürüb.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Fevralın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 2 alışdırıcı, 5 ədəd müxtəlif markalı tüfəng və 7 patron təhvil götürüblər.
Həmçinin, həftəsonu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 3 patron aşkar edilərək götürülüb.
Mənsurə Hümbətova