Hamiləliyə və doğuşa görə məzuniyyətlər hansı qaydada tənzimlənir? -

Hamiləliyə və doğuşa görə məzuniyyətlər hansı qaydada tənzimlənir? - HÜQUQ MƏSLƏHƏTİ

10 İyul 2024

Sual: Hamiləliyə və doğuşa görə məzuniyyətlər hansı qaydada tənzimlənir?

Cavab: Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III hüquqşünas - Hahmar Həşimov