Hakan Fidan Ankaradakı terror aktına cəhdi pisləyib -

Hakan Fidan Ankaradakı terror aktına cəhdi pisləyib - YENİLƏNİB

01 Oktyabr 2023

“Biz həm Türkiyədə, həm də onun hüdudlarından kənarda terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyik”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Fidan terrora cəhdi pislədiyini, həmçinin xəsarət alan polis əməkdaşlarına şəfa arzuladığını vurğulayıb.

Qeyd edək ki, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Ankara Baş Prokurorluğu artıq Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.