Günün qoroskopu-31.05.2023

Günün qoroskopu-31.05.2023

31 May 2023

Qoç- günün birinci yarısını şən keçirin. Bu zaman kəsiyi işgüzar danışıqların aparılmasına və yeni işlərə başlamaq üçün əlverişsizdir. Getdikcə işgüzar aktivliyiniz artacaq. 

Buğa- bu günün tələbi istənilən problemləri təklikdə həll etməklə bağlı olacaq. Rəhbərliyin tələbi çox olacaq, amma mükafat vəd etməyəcək. Buna baxmayaraq, zəhmətiniz hədər getməyəcək.

Əkizlər- bu gün hamı sizdən gen gəzəcək.Gün maliyyə baxımından da əlverşli olmayacaq. Bu səbəbdən yalnız planlaşdırılmış alış-veriş edin. Ailədə fikir ayrılığı ola bilər.

Xərçəng- seminar və kofranslarda iştirak etmək, işgüzar danışıqlar aparmaq üçün münasib gün deyil. Heç də xoş olmayan xəbər alacağınız gözlənilir. Informasiyanın doğru olub-olmadığını dəqiqləşdirin. 

Şir- vacib məsələlərin həlli üçün əla gündür. Bircə təşəbbüs kifayət edər ki, siz karyera pilləsində irəliyə gedəsiniz. Romantik və dostluq görüşləri baxımından da uğurlu gündür. 

Qız- bu gün maraq göstərdiyiniz işlərlə məşğul olmağınız məsləhət görülür. Bu işləri tamamlamaq sizin üçün asan olacaq. Işdə müdiriyyət və ya həmkarlarla mübahisə etməyin. 

Tərəzi- işdə uğurlar gözlənilir. Ara-sıra xırda problemlər yaranacaq, ancaq onları müttəfiqlərinizin yardımı ilə aradan qaldıracaqsınız. Biznes işlərində investisiya yatırımı, texniki avadanlıq almaq üçün münasib gündür.

Əqrəb- daşınmaz əmlakla bağlı sövdələşmələr aparmaq olar. Ev işləri vaxtınızın çox hissəsini alacaq və bu işlər sizə həmişəkindən darıxdırıcı görünəcək. 

Oxatan- günün hadisələrinə kəskin reaksiya verəcəksiniz. Darıxdırıcı işlərlə məşğul olmayın. Yaxın ətrafınızla yaxşı dil tapacaqsınız. Siz nə istədiyinizi yaxşı biləcəksiniz. 

Oğlaq- problemləri həll etmək üçün yeni üsullara əl atacaqsınız. Yeni müttəfiq tapmaq üçün də münasib gündür. Çoxları tərəfindən bəyəniləcəksiniz. 

Dolça- işdə diqqətinizi toplamaq çətin olacaq. Ətrafda baş verənlərə sakit baxa bilməyəcəksiniz. Təkcə həmkarlarla deyil, ailə üzvlərinizlə də aranızda problemlər yaşanacaq.

Balıqlar- vacib işlərdə uğur qazanacaqsınız, ancaq xırda uğursuzluqlar da gözlənilir. Boş söhbətlərə vaxt ayırmayın, sizin daha vacib işləriniz var. Müttəfiqlərin yardımına ehtiyacınız olacaq.