
Günün qoroskopu-29.05.2023
Qoç- çoxdan təxirə saldığınız işin zamanı gəldi. Daha bəhanə etməyə səbəb də yoxdur, o üzdən də qollarınızı çırmalayıb işə girişməyiniz məsləhətdir.
Buğa- rəhbərliklə, böyük nüfuza malik şəxslərlə münasibətiniz gərgin olacaq. Çətin anlarınızda ən yaxınınız dəstək olacaq. Gün rəssamlıq və ya əl işləri üçün əlverişlidir.
Əkizlər- bu gün daxil olan informasiya böyük əhəmiyyət daşıyır. Ona görə də adi mesajlara da diqqət yetirin. Maliyyə işlərində səliqə-sahman yaratmaq vaxtıdır. Bunun üçün bir neçə sövdələşmə imzalayacaqsınız.
Xərçəng- yeni müttəfiqlərlə əməkdaşlıq, iş yerinin dəyişdirilməsi üçün gün münasibdir. Özünüzə və ətrafdakılara qarşı ədalətli olun. Bu harmoniyasız münasibətlər pozula bilər.
Şir- “Şir”lər öz yaratdıqları vəziyyətdən çətinliklə çıxacaqlar. Tək qalmağa ehtiyacınız olduğu zaman da yaxınlarınız buna imkan verməyəcək. Ancaq siz hansısa məsələni müzakirə etmək istəyəndə ətrafınızda heç kimi tapmayacaqsınız.
Qız- sizi və yaxınlarınızı narahat edən problemin həlli üçün bir balaca səy göstərməli olacaqsınız. Bu gün bürcün nümayəndələri təkcə rəqiblərilə deyil, özlərinin zəif cəhətlərilə də mübarizə aparmalı olacaqlar.
Tərəzi- əhatənizdə yardım etməyə hazır olan kifayət qədər adamlar var. Ən yaxınlarınızdan kömək istəməyə dəyməz, çünki onlar sizi bir kəlmədən anlayacaqlar. Qalanlarına isə istəklərinizi aydın deməyə çalışın.
Əqrəb- ulduzlar xəbərdarlıq edir ki, anket, yaxud da sənəd doldurulmasında çətinlikləriniz olacaq. Gün hökumət orqanlarına müraciət baxımından münasib deyil.
Oxatan- bu gün bir neçə xırda probleminizi həll edəcəksiniz. Çoxdan əməkdaşlıq arzusunda olduğunuz adamlar gözlənilmədən sizə yardım etmək istədiklərini açıqlayacaqlar.
Oğlaq- gününüzün əsas hissəsini sizin üçün maraqlı olmayan işə həsr edəcəksiniz. Siz özünüzü fikrinizi cəmləməyə və əyləncələrdən imtina etməyə məcbur edəcəksiniz.
Dolça- planların reallaşmasında – yeni iş yeri, yaxud da köçməklə bağlı işlərdə bir sıra çətinlikləriniz olacaq. Axşama əyləncəli məclislər təşkil edə bilərsiniz, pozitiv emosiyaların faydası olacaq.
Balıqlar- çox hörmət etdiyiniz adam barədə yeni xəbərlər eşidəcəksiniz. Başlıcası, özünüzə nəzarəti itirməyin ki, əhvalınız korlanmasın. Soyuqdəymə və ya allergiyanızın olacağı da ehtimal edilir.