Günün qoroskopu-27.05.2023
Qoç- günün emosional mənzərəsi dəyişkən olduğundan əhvalınız da dəyişkən olacaq. Işdə problemlər yarana bilər, rəhbərliklə aranızda fikir ayrılığı olacaq.
Buğa- uğurlu gündür. Yalnız günorta çağlarında xırda problemlər özünü büruzə verəcək. Lakin hər bir iş qaydasına düşəcək və günün sonrakı hadisələri xoş müstəvidə inkişaf edəcək.
Əkizlər- yeni işlərə başlamaq üçün məhsuldar gündür. Hətta ən çətin işdən yapışsanız belə, onun öhdəsindən gələ biləcəksiniz. Işgüzar danışıqlar da xoş müstəvidə keçəcək.
Xərçəng- çətinliklər istisna deyil. Lakin buna baxmayaraq, gün xoş təəssüratlarla yadda qalacaq. Günün birinci yarısı ciddi uğurla bağlı olacaq. Gün xeyli maraqlı görüşlər vəd edir.
Şir- günün emosional mənzərəsi xoş olmadığından ətrafdakılarla dil tapmaq çətin olacaq. Əgər fikir ayrılığı yaranarsa, bu, münaqişəyə yol aça bilər.
Qız- yaradıcılıq potensialınız yüksək olacaq. Təhsildə və elmi-tədqiqat işlərində nailiyyətlər gözlənilir. Sizi və həmkarlarınızı çoxdan narahat edən problemləri həll edəcəksiniz.
Tərəzi- günün birinci yarısında işdə ciddi problemləriniz ola bilər. Gözlədiyiniz yardımı ala bilməyəcəksiniz. Böyük sövdələşmələrə girişməyin. Yaxşı tanımadığınız qadınlara etibar etməyin.
Əqrəb- məhsuldar gündür. Çox işin öhdəsindən gələcəksiniz. Düşünülməmiş addımlardan uzaq durun. Bu gün ağlınıza gələn ideyalar dərin müzakirələr tələb edəcək.
Oxatan- günün birinci yarısı danışıqlar aparmaq üçün əla vaxtdır. Iş yerini dəyişdirmək üçün də əlverişli gündür. Yeni işdə sizi başgicəlləndirici perspektivlər gözləyir.
Oğlaq- kifayət qədər çətin gündür, amma onu uğurla başa vurmaq şansınız olacaq. Yeni tanışlarla münasibətlərdə ehtiyatlı olun. Siz etibara layiq olmayan şəxsləri çox yaxınınıza buraxırsınız.
Dolça- professional işlərdə diqqətinizi cəmləyin. Hesab işlərində səhvlərə yol verə bilərsiniz. Xoşbəxtlikdən yanınızda sizə düzgün yol göstərəcək adamlar var.
Balıqlar- işgüzar və şəxsi məsələlərin müzakirəsi üçün günün başlanğıcı daha əlverişlidir. Günün ortalarında neqativ tendensiyalar daha da güclənəcək.