Günün qoroskopu-26.05.2023
Qoç- çətin, gərgin gün keçəcək. Əlaqə qurarkən diqqətli olun. Elə də yaxşı reputasiyası olmayan şəxslərlə ünsiyyəti məhdudlaşdırın. Maliyyə itkisi, uğursuz alış-veriş gözlənilir.
Buğa- sizi və yaxın ətrafınızı son zamanlar çox narahat edən vacib məsələlərin həlli üçün əlverişli gündür. Bu gün yardım əlini uzadanlar olacaq. Alış-veriş üçün də məhsuldar gündür.
Əkizlər- pozitiv tendensiyalarla zəngin uğurlu gündür. Səfər və görüşlər yaxşı keçəcək. Günün maliyyə mənzərəsi də uğurlu olacaq. Buna baxmayaraq, böyük məbləğli alış-veriş etməyə tələsməyin.
Xərçəng- xoş gündür. Bu gün özünüzün ən müsbət cəhətlərinizi nümayiş etdirəcəksiniz. Ətrafdakılar sizinlə hesablaşacaq və dediklərinizi qəbul edəcəklər.
Şir- intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Xüsusilə parlaq rənglərə üstünlük verin. Yeni pərəstişkarlarınız olacaq.
Qız- ulduzlar günün birinci yarısında ehtiyatlı olmağa çağırır. Neqativ tendensiyalar sizi yanlış addım atmağa sövq edəcək. Günün birinci yarısında buraxdığınız səhvlər fəsadlar verəcək.
Tərəzi- adi gün deyil. Diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Bu səbəbdən işdə səhvlərə yol verəcəksiniz. Ətrafdakıların fikirlərinə maraq göstərəcəksiniz.
Əqrəb- çətin gündür. Istədiyinizə nail olmaq üçün ciddi çalışmalı olacaqsınız. Hər gün sizdən razı qalan şəxsləri də bu gün narazı salacaqsınız. Bu gün böyük alış-veriş etməyin.
Oxatan- problemə məsuliyyətli və ciddi yanaşsanız, onu həll edə bilərsiniz. Bu gün ünsiyyətdə olduğunuz adamları inandıra bilməyəcəksiniz. Sövdələşmə aparmayın.
Oğlaq- çətin gündür. Planlaşdırmadığınız xərcləmələr olacaq. Yeni ideyaları tez reallaşdırmaq istəyi sizi yanlış adddımlar atmağa vadar edəcək. Yeni tanışlıq da gözlənilir.
Dolça- ətrafdakılarla aranızda problemlər yaşanacaq. Sizin tənqidlərinizə kəskin reaksiya verəcəklər və bu da sonda konflikt yaradacaq. Səbrli olun ki, münaqişədən qaça biləsiniz.
Balıqlar- əhvalınız yaxşı olacaq. Əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün münasib gündür. Ancaq qəti qərar gec veriləcək. Axşam saatları gəzinti üçün münasibdir.