Günün qoroskopu-23.05.2023

Günün qoroskopu-23.05.2023

23 May 2023

Qoç- pozitiv tendensiyaların hökm sürdüyü gün olmasına baxmayaraq, istədiyinizə nail olmaq üçün səy göstərməlisiniz. Düşmənləriniz sizin yolunuzda manelər düzəltməyə davam edir. 

Buğa- səbirli olun. Gün baş gicəlləndirən uğurlar vəd etmir. Istədiyinzə nail olmazdan əvvəl bir müddət keçəcək. Boş söhbətlərdən uzaq olun. Yeni tanışlıq üçün də münasib gün deyil. 

Əkizlər- o qədər də uğurlu gün deyil. Yaxşı olar ki, bu gün sənəd işi ilə məşğul olmayasınız. Çünki fikrinizin dağınıq olması işin uğurlu aparılmasına mane olacaq. 

Xərçəng- işdə diqqətinizi toplaya bilməyəcəksiniz. Bu səbəbdən dalbadal yanlışlıqlara yol verəcəksiniz. Həmkarlarınız məsləhət verəcək, amma siz daxili səsinizin diqtəsinə qulaq asacaqsınız. 

Şir- günün birinci yarısı xoşagəlməz olaylar baş verə bilər. Eyni zamanda günün maliyyə mənzərəsi də uğursuz olacaq. Qohum və dostların dəstəyinə arxalana bilərsiniz. 

Qız- hadisələrlə zəngin gündür. O baxımdan darıxmayacaqsınız. Gün iş yerinin dəyişmək üçün əlverişlidir. Bu gün liderlik xüsusiyyətinizi göstərə biləcəksiniz. 

Tərəzi- adi gün deyil. Ehtimal ki, vacib xəbər eşidəcəksiniz. Işgüzar telefon danışıqları səmərəli keçəcək. Çətin durumda sizə dayaq olan şəxslə görüşəcəksiniz. 

Əqrəb- günün birinci yarısında yaradıcılıq potensialınız yüksək olacaq. Tənbəl olmayın, işlərinizi sabaha təxirə salmayın. Günün ikinci yarısında maliyyə çətinliyi ola bilər.

Oxatan- xırda problemlərin yaşanacağı gündür. Əgər plansız alış-verişdən, bahalı əyləncədən uzaq dursanız, bu çətinliyi dəf edə bilərsiniz. Bu gün ciddi fiziki yük məsləhət görülmür.

Oğlaq- həm şəxsi, həm də professional sferada uğurlu gündür. Ictimai həyatda aktivlik nümayiş etdirəcəksiniz. Mötəbər şəxslərlə görüşün faydasını görəcəksiniz. 

Dolça- istənilən professional sualın müzakirəsi üçün əlverişli gündür. Hətta danışıqlar gərgin keçərsə belə siz hisslərinizə nəzarət etməyi bacaracaqsınız. Axşam saatlarında əhvalınızın pisləşəcəyi gözlənilir. 

Balıqlar- günün birinci yarısında ehtiyatlı olun. Günün bu saatları gərgin keçəcək və bu vədədə asanlıqla səhv edə bilərsiniz. Böyük məbləğli alış-veriş məsləhət deyil.Yaxınlarınızı sevindirməyi unutmayın.