Günün qoroskopu-22.05.2023

Günün qoroskopu-22.05.2023

22 May 2023

Qoç- sürətli hərəkət etmək bacarığınızla bir çox işlərinizi tamamlaya bilərsiniz. Bunu zamanın ixtiyarına buraxın. Həyata baxışınız nikbin olacaq. Bu gün məsuliyyətli işlərdən qaçın.

Buğa- gün pozitiv emosiyalarla zəngindir. Ehtimal ki, yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz. Yüksək məbləğli pul, yaxud da qiymətli hədiyyə alacağınız da gözlənilir. 

Əkizlər- bu gün diqqəti öz üzərinizə yönəldəcəksiniz, amma bu, heç də xoşagələn hal olmayacaq. Bugünkü büdrəmələriniz sizin üçün əziz olan şəxslərin diqqətini çəkəcək. Potensial partnyorlarla danışıqlar üçün də münasib gün deyil.

Xərçəng- gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata orijinal baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. 

Şir- özünüzdən çox razısınız. Bir sıra problemləri həll edəcəksiniz. Mötəbər şəxslərlə ünsiyyət üçün münasib gündür. Romantik münasibətin əsasını qoyacaqsınız. Nikah bağlamaq üçün əlverişli gündür.

Qız- uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq, siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Sadəcə, ehtiyatlı olmağınız yetər.

Tərəzi- gələcəyinizə təsir edə biləcək birilə vacib məsələlərin müzakirəsi məsləhət deyil. Xoşbəxtlikdən yumor hissinizin olması və nikbinliyiniz istənilən situasiyadan çıxmaq üçün dadınıza yetəcək.

Əqrəb- bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Bşgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı var.

Oxatan- fantaziya tələb edən işlə məşğul olmaq üçün məhsuldar gündür. Nəzərə alın ki, bugünkü işgüzarlıq münasibətləri asanlıqla dostluq-məhəbbət donu geyə bilər. 

Oğlaq- ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Dolça- yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edə bilərsiniz. Yaxşı olar ki, özünüzdə imic dəyişikliyi edəsiniz. Bürcün nümayəndələri macəra axtarışındadır və buna nail olacaqlar. 

Balıqlar- şəxsi həyatınızla bağlı, həmçinin işdə tamamlanması lazım olan məsələlərə köklənin. Əhəmiyyətli qərarları sabaha buraxın. Olduqca nikbin təsirlər altında və fürsətlərlə dolu bir gün yaşayacaqsınız.