Günün qoroskopu - 21.05.2023

Günün qoroskopu - 21.05.2023

21 May 2023

Qoç- təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz. Günün ikinci yarısına yaxın bəzi məsələlər zəhmət tələb etmədən öz həllini tapacaq.

Buğa- ünsiyyət dairəsini düzgün seçməyə çalışın. Planlarla bağlı kimsəyə açıqlama verməyin. Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür.

Əkizlər- rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır. Bacarıq və biliklərinizi təkmilləşdirin. Gün imic dəyişiklikləri də tələb edir. Axşam saatlarında istirahət edin.

Xərçəng- hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin. Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil.

Şir- işlərin gedişatı sizi narazı sala bilər. Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Emosiyaların əsirinə çevrilməyin. Yaxşı olar ki, şayiələrə uymayasınız.

Qız- problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Yadda saxlayın, bu gün problemi maneənin birgə dəf olunması həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.

Tərəzi- alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin. Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.

Əqrəb- həmkarlarınızın passivliyi sizi əsəbiləşdirə bilər. Cari məsələlərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. Inad etsəniz, çox qısa zamanda münaqişə yaranacaq. 

Oxatan- çətinlikləri dəf etməyə çalışın. Gərgin situasiyalar tədricən həllini tapır. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. 


Oğlaq- qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın. Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq.

Dolça- təmkinli, səbrli olun, emosiyalara uymayın. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan, onları həll etmək imkanı var.

Balıqlar- səhhətiniz barədə düşünün. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. Işlərin effektiv olması üçün aktiv çalışın.