Günün qoroskopu-20.05.2023

Günün qoroskopu-20.05.2023

20 May 2023

Qoç- gün pozitiv emosiyalarla zəngindir. Ehtimal ki, yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz. 

Buğa- bu gün diqqəti öz üzərinizə yönəldəcəksiniz, amma bu, heç də xoşagələn hal olmayacaq. Ən pisi də odur ki, bugünkü büdrəmələriniz sizin üçün əziz olan şəxslərin diqqətini çəkəcək.

Əkizlər- gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata orijinal baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. 

Xərçəng- özünüzdən çox razısınız. Bir sıra problemləri həll edəcəksiniz. Mötəbər şəxslərlə ünsiyyət üçün münasib gündür. Romantik münasibətin əsasını qoyacaqsınız. Nikah bağlamaq üçün əlverişli gündür.

Şir- uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq, siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Sadəcə, ehtiyatlı olmağınız yetər.

Qız- gələcəyinizə təsir edə biləcək birilə vacib məsələlərin müzakirəsi məsləhət deyil. Şərikli iş layihələrində problemlər çıxacaq. Yaxın ətrafınız da sizi anlamayacaq. 

Tərəzi- bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Bşgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı var.

Əqrəb- fantaziya tələb edən işlə məşğul olmaq üçün məhsuldar gündür. Nəzərə alın ki, bugünkü işgüzarlıq münasibətləri asanlıqla dostluq-məhəbbət donu geyə bilər. 

Oxatan- ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Oğlaq- yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edə bilərsiniz. Yaxşı olar ki, özünüzdə imic dəyişikliyi edəsiniz. Bürcün nümayəndələri macəra axtarışındadır və buna nail olacaqlar. 

Dolça- şəxsi həyatınızla bağlı, həmçinin işdə tamamlanması lazım olan məsələlərə köklənin. Əhəmiyyətli qərarları sabaha buraxın. Olduqca nikbin təsirlər altında və fürsətlərlə dolu bir gün yaşayacaqsınız.


Balıqlar- sürətli hərəkət etmək bacarığınızla bir çox işlərinizi tamamlaya bilərsiniz. Bilmək istədikləriniz çoxdur. Bunu zamanın ixtiyarına buraxın. Həyata baxışınız nikbin olacaq. Bu gün məsuliyyətli işlərdən qaçın.