Gənclər üçün növbəti təlim təşkil olunub - FOTO
Gənclərin şəxsi inkişafı yönündə keçirilən tədbirlər davam edir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Texniki Kollecinin dəstəyi ilə beynəlxalq kouç, şüuraltı ilə iş üzrə ekspert və şəxsi inkişaf üzrə konsultant kimi fəaliyyət göstərən İlahə Bağırovanın "Hədəflər və maneələr" adlı şəxsi inkişaf təlimi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, öncə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva iştirakçıları salamlayaraq tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə məlumat verib. Daha sonra İlahə Bağırova iştirakçılara "Hədəflər və maneələr" mövzusunda interaktiv təlim keçib. Gənclərə hədəflərin düzgün müəyyənləşdirilməsi, hədəflərə doğru addımların atılması, hədəflərə gedən yolda maneələr və onların idarə edilməsi ilə bağlı faydalı məlumatlar verib. Diskussiya formatında keçən tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 100 nəfərdən çox gənc iştirak edib.