Gənc səfirlərin Naxçıvan səfəri başa çatıb - FOTO
"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərləri başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qonaqlar 3 günlük səfər proqramının sonuncu günündə Ordubad rayonunda olublar. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilə görüşdən sonra qonaqlar XVII əsrə aid Qeysəriyyə abidəsinə, Cümə məscidinə, Dübəndi çayı ətrafına ekskursiya edib, rayonun digər gəzməli-görməli yerlərini və tarixi-mədəni abidələrini ziyarət ediblər. Səfər çərçivəsində Ordubadın təbiətindən ilhamlanan qonaqlar rayonun Kotam kəndində və Ordubad dəmir yolu stansiyasında Zəngəzur dəhlizinə rəmzi addımlayıblar.
Beləliklə də Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri olan uşaqlar və onlara mentorluq edən könüllülər “Yaşıl Azərbaycan” naminə gənc səfirlər layihəsi çərçivəsində 27-29 noyabr 2024-cü il tarixlərdə 3 gün ərzində Naxçıvan Muxtar Respublikasında xoş, zəngin, maraqlı və yadda qalan təəssüratlar əldə ediblər.