Fuad Nəcəfli Ordubad rayonunda vətəndaşları qəbul edəcək
Dekabrın 2-si saat 11:00-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Ordubad Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.