Fransada “Azərbaycan və Cənubi Qafqaz” kitabı işıq üzü görüb

Fransada “Azərbaycan və Cənubi Qafqaz” kitabı işıq üzü görüb

04 Oktyabr 2023

Fransada Azərbaycanın tarixinə, geosiyasətinə və beynəlxalq səviyyədə apardığı siyasətə həsr olunan daha bir kitab işıq üzü görüb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, fransalı tədqiqatçı, siyasi elmlər doktoru, Belçikanın Brüssel Azad Universitetinin professoru Sebastian Bussuanın “Azərbaycan və Cənubi Qafqaz” kitabının Fransanın məşhur kitab mağazasında (FNAC) satışına başlanılıb.

Kitabda tarixən Qafqazın qədim xalqlar tərəfindən böyük təsirlərə məruz qaldığı, onların SSRİ-nin dağılmasından sonra müstəqilliyə qovuşduqları vurğulanır. Bu gün nəyin bahasına olursa-olsun, bu ölkələrin öz suverenliyi, inkişafı və kimliyi uğrunda mübarizə apardıqları qeyd olunur.

Kitabda regiondakı ölkələr arasında Azərbaycanın bənzəri olmayan, etnik, dini müxtəlifliyə malik ölkə olduğundan danışılır.

Kitabda professor Azərbaycanın bugünkü geosiyasi mövqeyini ətraflı təhlil edir.