Fərhad Qaraşov: "Türkiyə şirkətlərinin Qarabağda fəaliyyətinin artırılması üçün maarifləndirici tədbirlər keçirilir"

Fərhad Qaraşov: "Türkiyə şirkətlərinin Qarabağda fəaliyyətinin artırılması üçün maarifləndirici tədbirlər keçirilir"

18 Dekabr 2023

Türkiyə şirkətlərinin Qarabağda fəaliyyətinin artırılması istiqamətində maarifləndirici tədbirlər keçirilir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın sədri Fərhad Qaraşov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dövlət-özəl dialoqu vasitəsilə Türkiyə sahibkarlarının problemləri dinlənilir, təklifləri aidiyyəti qurumlara göndərilir: "Təxminən 4 mindən çox Türkiyə şirkətinin Azərbaycanda fəaliyyəti aktivdir. İqtisadiyyatın bütün sahələrində onların fəaliyyəti təşkil olunub”.

O qeyd edib ki, həmçinin Qarabağın quruculuq işlərində də tender vasitəsilə Türkiyə şirkətlərinin keyfiyyət əmsalı nəzərə alınaraq fəaliyyəti təmin edilir.