Fərhad Abdullayev: Hər bir ölkənin imici onun seçki prosesinin şəffaflığı ilə ölçülür

Fərhad Abdullayev: Hər bir ölkənin imici onun seçki prosesinin şəffaflığı ilə ölçülür

10 İyul 2024

Hər bir ölkənin imici onun seçki prosesinin şəffaflığı ilə ölçülür. Seçkilərin şəffaflığı Azərbaycanın dünya müstəvisində imicini formalaşdırır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Onun sözlərinə görə, məhkəmələrin seçki prosesində insanların seçki hüquqlarının təmin edilməsindəki rolu cəmiyyət və dövlətin seçkilərə nə dərəcədə maraqlı olduğunu göstərir.

"Seçkilərin uğurlu keçirilməsi yerli orqanların üzərinə düşür," - F.Abdullayev vurğulayıb.