Ev heyvanlarının saxlanılması qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur? -

Ev heyvanlarının saxlanılması qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

08 İyun 2024

Sual: Ev heyvanlarının saxlanılması qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsinə əsasən İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə, ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına, it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə, ev heyvanlarının insanların üzərinə saldırılmasına, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına, ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüuquşünas - Elvin Qulusoylu