Ermənistanın baş naziri: “Biz ölkəni alət kimi qəbul edirik”

Ermənistanın baş naziri: “Biz ölkəni alət kimi qəbul edirik”

02 İyun 2023

“Biz iki dəfə Ermənistan Respublikasını yaratdıq. Və hər iki dəfə Ermənistanı qismən qlobal məqsədə çatmaq üçün alət kimi qəbul edirik”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Amma bizim tariximizdə Ermənistan Respublikası hədəf olaraq ya yox idi, ya da çox az idi”, - baş nazir vurğulayıb.

“Mən Ermənistanın tam kadastr sənədini gələcək nəsillərə ötürmək istəyirəm. Bu, o demək deyil ki, hamını qane edəcək, digər tərəfdən bir çoxlarını qane edəcək”, - Paşinyan deyib.