Ermənistan qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasını prioritet saymır
Qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil deyil.
"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu nazir Ararat Mirzoyan parlamentdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.
"Bu, bizim üçün prioritet məsələ deyil", - o bildirib.
A.Mirzoyanın sözlərinə görə, prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması və sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.