Ermənistan DİN-in ofisiantı döyən idarə rəisi həbs edilib

Ermənistan DİN-in ofisiantı döyən idarə rəisi həbs edilib

03 İyun 2023

Ermənistan Daxili İşlər Nazirliyinin Dilican şəhəri üzrə cinayət axtarış idarəsinin rəisi Arsen Qaytmazyan həbs edilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

O, 16 yaşlı ofisiantı döyməkdə ittiham olunur.

A.Qaytmazyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.