Ərdoğan Quterreşlə Yaxın Şərqdəki durumu müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antoniu Quttereşlə danışıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasından bildirilib.
Telefon danışığı zamanı Yaxın Şərqdəki durum müzakirə olunub.
Qeyd olunub ki, noyabrın 29-da BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Toplantının əsas mövzusu məhz Qəzzadakı durumdur.