Ərdoğan İspaniya Kralı ilə görüşüb

Ərdoğan İspaniya Kralı ilə görüşüb

13 İyun 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madridə səfəri çərçivəsində İspaniya Kralı VI Filip ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Görüş zamanı ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən regional və qlobal məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə-İspaniya əlaqələrinin daha da inkişaf edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirərək, qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə, o cümlədən ticarət dövriyyəsinin həcminin artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.