Ərdoğan HƏMAS lideri ilə görüşüb

Ərdoğan HƏMAS lideri ilə görüşüb

20 Aprel 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM "CNN Türk"ə istinadən xəbər verir ki, görüş Dolmabaxça sarayında baş tutub.

Görüş jurnalistlərə qapalı keçirilib.

Onların hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.

Mənsurə Hümbətova