Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib

Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib

08 Dekabr 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan “TRT World Forum 2023 - Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında çıxışı zamanı deyib.

“Beynəlxalq təhlükəsizliyə görə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar işlərinin öhdəsindən gələ bilmirlər. Bu gün bu, daha aydın görünür”, - o bildirib.

R.T.Ərdoğan qeyd edib ki, dünya çətin mərhələdən keçir: “Türkiyə dünyada sülhün təmin olunması üçün əlindən gələni edir. Həqiqətən, indi ədalətli sülhə ehtiyac var. Ədalətli sülhün məğlubu olmaz”.