Emin Əmrullayev: Öz fənnini bilməyən müəllimlərlə əməkdaşlıq etmirik, müqavilələri uzatmırıq

Emin Əmrullayev: Öz fənnini bilməyən müəllimlərlə əməkdaşlıq etmirik, müqavilələri uzatmırıq

10 Sentyabr 2024

Tədris etdiyi fənni bilməyən müəllimlərlə əməkdaşlıq etmirik, müqavilələri uzatmırıq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün mövcud resurs və imkanlar çərçivəsində elm və təhsil siyasətinin hədəfləri optimal şəkildə formalaşdırılıb:

"İstəyimiz odur ki, təhsilin məzmunu və müəllimlərin keyfiyyəti artsın. Öz fənnini bilməyən müəllimlərlə əməkdaşlıq etmirik, müqavilələri uzatmırıq. Bunu sevə-sevə etməsək də, məcburuq. Hesab edirəm ki, bu gün müəllimlərin işə qəbul prosesi uğurludur. Belə də davam edəcəyik".