Emin Əmrullayev: Bir şagirdi olan məktəbdə oxuyan təhsilalan üçün təxminən 700 min manat xərc çəkilir

Emin Əmrullayev: Bir şagirdi olan məktəbdə oxuyan təhsilalan üçün təxminən 700 min manat xərc çəkilir

06 Fevral 2025

Ölkə üzrə I-XI sinifdə təhsil alan bir şagird üçün dövlətin ayırdığı xərc təxminən 20 min manat və ya bir az aşağıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu rəqəm hansısa rayon üçün fərqlidir:

"Misal olaraq, Daşkəsən rayonunda şagird sayı az olan məktəbdə təhsil alan biri üçün xərc təxminən 90 min manata yaxındır. Bundan başqa, bir şagirdi olan məktəb üçün isə bir təhsilalan üçün təhsil xərci təxminən 700 min manat təşkil edir".