Emin Əmrullayev: Bəzi universitetlərin qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil

Emin Əmrullayev: Bəzi universitetlərin qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil

10 Sentyabr 2024

Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.deyib.

Nazirin sözlərinə görə, artıq tam rəqəmsal sistemə keçid edilib: “Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində də sənədlər tələb ediblər. İstənilən halda bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”.