Əməkdar rəssam Rəis Rəsulzadənin son durumu açıqlanıb
Əməkdar rəssam Rəis Rəsulzadə sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, o, lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb.
Hazırda R.Rəsulzadənin vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, o, 1946-cı ildə anadan olub. R.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.