
Elxan Nəcəfov Ordubad rayonunda vətəndaşları qəbul edib - FOTO
İyulun 31-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Ordubad rayonunda vətəndaşları qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Ordubad Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılıb, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülüb, digər müraciətlər isə yerindəcə həll edilib.