Elxan Nəcəfov: “Məktəblərdə qızılca ilə bağlı narahatedici məqam yoxdur”

Elxan Nəcəfov: “Məktəblərdə qızılca ilə bağlı narahatedici məqam yoxdur”

09 Dekabr 2023

Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov məktəblərdə hal-hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqamların olmadığını bildirib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu E.Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

“Məktəblərimizdə hal-hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqam yoxdur. Bizim tərəfimizdən də bu proses ciddi nəzarət altındadır”, - o deyib.

Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası səhiyyə və təhsil nazirlikləri infeksiyon xəstəliklər və qızılcaya yoluxma halları ilə bağlı mütəmadi məlumat mübadiləsindədirlər.

“Bizim təhsil müəssisələrimiz gündəlik olaraq şagirdlərdə müşahidə edilən xüsusilə temperatur və ya hər hansısa bir səpkilər, xəstəlik simptomlarına uyğun hər hansı bir göstəricilər olursa həmin şagirdlərlə bağlı məlumatları Səhiyyə Nazirliyinə ötürür. İndiyə qədər ki prosesdə aydın olur ki, çox az faiz çərçivəsində müşahidə etdiyimiz bu simptomlar və əlamətlər qızılca xəstəliyinin göstəricisi kimidir”.