Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub

Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub

04 Noyabr 2024

Azərbaycan və Rusiyanın hökumət başçıları Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub və onlar ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.

“Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi, elmi-texniki əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, sənaye və nəqliyyat infrastrukturu sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib.