Ekspert Şuşada aşkarlanan kütləvi məzarlıqdan danışıb: “Başqa ərazilərdə də bu tip məzarlıqlar var”

Ekspert Şuşada aşkarlanan kütləvi məzarlıqdan danışıb: “Başqa ərazilərdə də bu tip məzarlıqlar var”

03 İyun 2023

“Görünür, Şuşada aşkarlanan bu məzarlıq tək deyil, bəzi yerlər var ki, ora da araşdırmalar aparılacaq. Başqa ərazilərdə də bu tip məzarlıqlar var”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu hərbi-siyasi ekspert Telman Qasımov jurnalistərə açıqlamasında deyib.

O bildirib ki, bu insanlığa, bütövlükdə isə dünyaya qarşı olan bir cinayətdir. Ekspert xatırladıb ki, Birinci Qarabağ müharibəsində xeyli sayda azərbaycanlı itkin düşüb və onların taleyi ilə bağlı hələ də məlumat yoxdur.

“Son məlumatlara görə, Şuşa türməsində və digər zirzəmilərdə ümumilikdə 360 nəfərə qədər azərbaycanlı əsir saxlanılıb. Onlardan 100-dən çoxu azad edilib. Azad olunanların verdikləri ifadələr əsasında məlum olub ki, sözügedən zirzəmilərdə və türmədə əsirlərimizə dəhşətli işgəncələr veriblər. Təbii ki, verilən işgəncələr sonda ölümlə nəticələnib”, - T.Qasımov vurğulayıb.

Ekspert söyləyib ki, Şuşada aşkarlanan yeni kütləvi məzarlıqda əsir götürülən 4 azərbaycanlı qeyri-insani şəkildə, işgəncə nəticəsində öldürülərək basdırılıb: “Biz müharibədə əsir düşmüş şahidləri də dinlədiniz. Ermənilərin bu əməlləri bütün dünyada pislənilməlidir. Görünür, təkcə burada deyil, həmçinin bir çox yerlərdə əsirlərimiz qətlə yetirilib və işgəncələr görüblər. Bununla bağlı hələ araşdırmalar aparılır”.