Dünya çempionatı: Azərbaycan güləşçisi medal görüşündə uduzub

Dünya çempionatı: Azərbaycan güləşçisi medal görüşündə uduzub

18 Sentyabr 2023

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazana bilməyib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Serbiya təmsilçisi Hetik Tsabolova uduzub.

Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün daha qarşılaşmada qüvvəsini sınayacaq.

79 kq-dakı Orxan Abbasov medal qarşılaşmasında İran idmançısı Məhəmməd Nokhodilarimiyə yenilərək beşinci yerlə kifayətlənib. 92 kq-dakı Osman Nurmaqomedov isə finalda uduzaraq gümüş medal əldə edib.

Daha əvvəl 97 kq-dakı Maqomedxan Maqomedov finala yüksəlməklə olimpiada üçün lisenziya qazanmışdı.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.