Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

07 Avqust 2024

Dünya birjalarında neft bahalaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,4 dollar artaraq 76,88 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,47 dollar artaraq 73,67 dollar təşkil edib.