Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

09 Dekabr 2024

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,40 dollar və ya 0,56% artaraq 1 barelə görə 71.52 ABŞ dolları təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,43 dollar və ya 0,56% artaraq 1 barelə görə 67.63 ABŞ dolları olub.