
Dövlət Neft Fondunin İcraçı direktorunun iki müavini olacaq - FƏRMAN
Dövlət Neft Fondunin İcraçı direktorunun iki müavini olacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla İcraçı direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Qeyd edək ki, indiyədək Dövlət Neft Fondunin İcraçı direktorunun bir müavini vardı.