
Dövlət Agentliyinin direktoru: “Kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq”
“Bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
O qeyd edib ki, hazırda bütün kolleclərin rəhbər vəzifələri doludur və onlar da bundan sonra işləri davam etdirəcək.
Ülkər Səttarovanın sözlərinə görə, gələcəkdə kimsə işdən müəyyən səbəblərə görə ayrıla bilər: “Sadəcə bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq. Bu istiqamətdə hüquqşünas və mütəxəssislərimiz iş görür”.