Deputat: "Rusiya azad olunan ərazilərdə həyata keçirilən layihələrə maraq göstərir"
Rusiya biznesi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka maraq göstərir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda Azərbaycanın müxtəlif dövlət qurumları tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı energetika, dəmir yolu nəqliyyatı və digər sahələrdə 22 müxtəlif layihə nəzərdən keçirilir.
Onun sözlərinə görə, 1995-2022-ci illərdə Rusiyadan Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi təqribən 8 milyard ABŞ dolları təşkil edib ki, bunun da 6 milyardı qeyri-neft sektorunun payına düşür.
N.Səfərov bildirib ki, Azərbaycandan da Rusiyaya investisiya yatırımında artım var: “Ölkələr arasında ötən il 3 milyard ABŞ dollarından çox ticarət dövriyyəsi qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 23 faiz çoxdur. Bundan əlavə, turist axınında da artım var".