Daha bir ixtisas üzrə istehsalat təcrübəsi başa çatıb - FOTO

Daha bir ixtisas üzrə istehsalat təcrübəsi başa çatıb - FOTO

31 May 2023

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin nazirlikdə və bələdiyyə orqanlarında keçdikləri istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək bildirilib ki, nazirliyin və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi tədbirlər planına əsasən cari ilin fevral ayından başlayaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbələrinin nazirlikdə və bələdiyyə orqanlarında istehsalat təcrübəsi keçmələri təmin edilib. Səttar Zamanov tələbələrin müvafiq sahə üzrə təcrübə kursları keçmələrinin əhəmiyyətindən bəhs edib, onların gələcəkdə ixtisaslı kadr kimi dövlətə və cəmiyyətə töhfə verəcəklərinə ümidvar olduğunu bildirib.

 Sonra  nazirlik tərəfindən təcrübə dövründə fəal iştirak etdiklərinə və biliklərin qiymətləndirilməsində göstərdikləri nəticələrə görə tələbələrin bir qismi diplomlarla təltif olunub. 

Tələbələr təcrübə müddətində yaşadıqları təəssüratları bölüşüb, onlar üçün yaradılan şəraitə, bilik və bacarıqlarının artırılmasında iştirak edən əməkdaşlara minnətdarlıqlarını ifadə ediblər.