COP29-da iqlimlə bağlı böhranın müzakirəsi üçün Okean pavilyonu təqdim ediləcək

COP29-da iqlimlə bağlı böhranın müzakirəsi üçün Okean pavilyonu təqdim ediləcək

09 Noyabr 2024

Skripps Okeanoqrafiya İnstitutu və Kaliforniya Universitetinin (San-Dieqo) Qlobal Siyasət və Strategiya Məktəbinin tələbələri, müəllim və əməkdaşları Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcəklər.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" institutun məlumatına istinadən xəbər verir.

Qeyd olunub ki, COP29 çərçivəsində Skripps Okeanoqrafiya İnstitutu, “Woods Hole Oceanographic Institution” və digər aparıcı dünya okean təşkilatları tərəfindən təşkil edilən Okean pavilyonu (Ocean Pavilion) təqdim ediləcək. Bu da iqlim dəyişikliyində onun başlıca rolunu vurğulayacaq.

"Mavi zona"da yerləşən “Ocean Pavilion” COP29 nümayəndələri və beynəlxalq iqlim danışıqçıları üçün okeanla bağlı elm və həllərdən istifadə edərək iqlim böhranının həllinə dair ideya mübadiləsi üçün mərkəzi məkan olacaq", - məlumatda bildirilib.

"Okean Yer iqliminin sabitləşdirilməsindən tutmuş əhalinin davamlı qida təminatına və dəniz növlərinin qorunmasına qədər bəzi vacib iqlim problemlərinin həllinə kömək edə bilər", - Skripps Okeanoqrafiya İnstitutunun direktoru və Kaliforniya Universitetinin dəniz elmləri üzrə vitse-kansleri Marqaret Leynen vurğulayıb.