COP28 platformasında Azərbaycan nümayəndə heyəti bir sıra iclaslarda iştirak edir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Ekspert Panelinin sədri Cim Skeya Azərbaycan pavilyonunu ziyarət edib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Azərbaycan pavilyonunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə keçirilən görüş zamanı ölkəmizdə iqlim dəyişmələri risklərinin öyrənilməsi, Xəzər regionu üzrə elmi araşdırmaların aparılması və növbəti 7-ci qiymətləndirmə dövrü hesabatının hazırlanmasına Azərbaycan alimlərinin cəlb edilməsi məsələsi müzakirə edilib.
Uzun müddət Meksikanın Xarici İşlər naziri vəzifəsində çalışan, 2016-2022-ci illərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi olan Patrisia Espinoza və Meksikanı COP28-də təmsil edən nümayəndə heyətinin üzvləri də Azərbaycan pavilyonunu ziyarət edən qonaqlar arasında olub.
Keçirilən ikitərəfli görüş zamanı ölkənin iqlim dəyişmələri sahəsində atdığı addımlar, qlobal səylərə töhfələr, bu sahədə regional və beynəlxalq əməkdaşlığın vacibliyi məsələləri görüşün müzakirə obyekti olub.