
Ceyhun Bayramov: "XİN-də kifayət qədər vakansiya var"
"Kadr islahatı hər bir qurum üçün əsas istiqamətdir".
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyində ciddi islahatlar həyata keçirilib: "Artıq ikinci işə qəbul prosesinin yekun mərhələsindəyik. Birinci mərhələdə 65 nəfər nazirlikdə işə qəbul hüququnu əldə etdi".
Nazirin sözlərinə görə, onların xeyli hissəsi xarici diplomatik missiyalara göndərilib: "Gənc istedadlı kadrların olması bizi daha da ruhlandırır. Hələ də kifayət qədər vakansiya var. 60-70 nəfər gəncin həmin vakant yerlərdə görməkdən şad olacağıq".