Buraxılış imtahanlarında iştirak edəcək məktəblilər  üçün “Psixoloji dəstək” adlı təlimlərə start verilib -

Buraxılış imtahanlarında iştirak edəcək məktəblilər üçün “Psixoloji dəstək” adlı təlimlərə start verilib - FOTO

26 Fevral 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı iləümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarına psixoloji hazırlığı məqsədi ilə “Psixoloji dəstək” adlı təlimlər keçirilir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, psixoloqlar Əsmər Səfərova və Türkanə Cəfərova tərəfindən keçirilən təlimlərdə əsas məqsəd məktəblilərin imtahan stressi, imtahandan əvvəl və ya imtahan vaxtı onların bacarığının səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq hallarının aradan qaldırılmasıdır.

Təlimlər ilk olaraq Naxçıvan Şəhər 12, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib.

Təlimlərin növbəti günlərdə digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.

Mənsurə Hümbətova