Bu yaxınlarda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bu yaxınlarda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

06 Avqust 2024

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının bu yaxınlarda iclası keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Hökumətlərarası Komissiya fəal işləyir: “Ölkələrimizin digər qurumları arasında da fəal təmaslar var”.

Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası 2023-cü ilin iyul ayında Moskvada keçirilib.

Azərbaycan bazarında 900 ortaq müəssisə fəaliyyət göstərir ki, bunlardan 1/3-nin 100 %-lik kapitalı Rusiyaya məxsusdur.