Bu il Azərbaycanda nə qədər zəlzələ olub?

Bu il Azərbaycanda nə qədər zəlzələ olub?

07 Dekabr 2024

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın1-dən dekabrın 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 53 zəlzələ qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, yeraltı təkanlardan 45-nin maqnitudası 3 və 3-dən yuxarı, 5-i 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarı olub.

Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə, Şamaxıda, Laçında, Mingəçevir Su anbarında qeydə alınıb.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.