Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb
Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, indiyədək 45 min 134 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 34 min 783 nəfərə TTK verilib.
Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si kişidir.