Bu gün Naxçıvanda bir sıra yerlərdə yanğınlar baş verib -

Bu gün Naxçıvanda bir sıra yerlərdə yanğınlar baş verib - FOTO

18 İyun 2024

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad rayonun Dəstə, Babək rayonun Şıxmahmud, Şərur rayonun Məmmədsabir kəndlərində həyətyanı sahələrdə, Şərur rayonun Zeyvə kəndində isə qəbirstanlıqda və ona yaxın həyatyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məlumatlarla əlaqədar Ordubad, Şərur və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və fərdi yaşayış evinə, yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.