Britaniyanın müdafiə naziri: "Ukrayna hərbçiləri Qara dənizdə Rusiya donanmasını məğlub edib"
"Ukrayna hərbçiləri Qara dənizdə Rusiya donanmasını faktiki olaraq məğlub edib".
NAXCİVANXEBERLERİ.COM “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ceyms Hippi Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
O, Ukraynanın cəbhədə irəliləyişinin ləng getdiyini təsdiqləyib: “Amma kimsə deyə bilməz ki, nəticə yoxdur. Ukraynanın Qara dənizdə nələr etdiyini hər kəs görür. Ukrayna üçün hər qarış vacibdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna hərbçiləri Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahına hücum etmişdi. Zərbə nəticəsində Rusiya Qara Dəniz Donanmasının komandanı, vitse-admiral Viktor Sokolov da daxil olmaqla 34 zabit ölüb, daha 105 nəfər yaralanıb.