"Brent" nefti 71 dollardan aşağı düşdü
Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti bu il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 71 ABŞ dollarından aşağı düşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu sövdələşmə məlumatları göstərir.
Axşam ticarəti zamanı “Brent” markalı neftin fyuçersləri enişini sürətləndirərək bir barel üçün 70,91 dollara (-1,64 %) satılıb.
WTI markalı xam neftin yanvar fyuçerslərinin qiyməti isə 1,82 % azalaraq 67,06 dollar/barelə bərabər olub.